Almaniyanın Köln şəhəri yaxınlığında alban və serblərdən ibarət bir qrup azərbaycanlılara hücum edib.

Unikal.org-un report-a istinadən verdiyi məlumata görə, buna səbəb alban və serblərin nalayiq hərəkətləri və həmin ərazidə yanlarında həmyerli qadınların da olduğu azərbaycanlıların sərt reaksiyası olub.

Bundan hiddətlənən 10-12 nəfərdən ibarət bir qrup serblər və albanlar azərbaycanlılara soyuq silahlarla hücum edib. Nəticədə Surxay və Ruslan adlı azərbaycanlı xəsarət alıb. Hücum edən qrupun 5 üzvü isə polis tərəfindən saxlanılıb.