Rusiyalı aktrisa İrina Usok ABŞ-da həbs edilib. 
Unikal.org xəbər verir ki, polis onu öz övladını oğurlamaqda günahlandırıb. İrina Rusiyaya uçanda Nyu-York hava limanında saxlanılıb. 
Hazırda isə məhkəmənin məsələ ilə bağlı qərarı gözlənilir. Bu hadisəyə görə aktrisanı 20 ilə qədər həbs cəzası gözləyir. Rusiya və ABS səfirlikləri məsələni nəzarətə alıb. 
İrinanın həmkarı onla bağlı açıqlamasında "Bir müddət əvvəl uşağı dünyaya gətirib. Bəlkə əri ilə nəsə anlaşılmaz hal yaşanıb. Həyat yoldaşı amerikalıdır" sözlərini deyib.