16 İyun 2019
15 İyun 2019
Tarixdə ən zəngin adam kim olub? - Alimlər AÇIQLADI
Tarixdə ən zəngin adam kim olub? -Alimlər AÇIQLADI ARAŞDIRMA 19:09 2019-02-01

Tədqiqatçılar ABŞ-ın Şimal-Qərb Universitetinin (İllinoys ştatı) qalereyasında onların fikrincə, tarixin ən varlı adamının təsvir olunduğu "Katalon atlası" orta əsr əlyazmasının bərpa olunmuş variantını təqdim ediblər.

Unikal.org xəbər verir ki, xəritə 1375-ci ildə hazırda İspaniyanın bir hissəsi olan Aralıq dənizinin Malyorka adasında yaradılıb. Kompozisiyanın mərkəzində, ticarət marşrutlarının kəsişməsində əlindəki qızıl sikkəni tutan Qərbi Afrika kralı Mansa Musa təsvir edilib.

Mansa Musa IX əsrin birinci yarısında orta əsrlərin Mali dövlətini, təxminən, 30 il idarə edib. Sərginin kuratoru Ketlin Bikford Berzokun sözlərinə görə, Musa regionda qızıl hasilatını tam idarə edib, bu yerlərdən çıxan nəcib metal isə ən təmiz hesab olunduğundan ona bazarda tələbat da çox olub.

IX əsrdə Mali qızılı o dövrün əsas valyutası olan dinarın döyülüb kəsilməsi üçün istifadə edilib. Həmin dövrlərə aid ərəbcə mətnlərin məzmunu göstərir ki, sikkələr Musa tərəfindən nəzarət edilən ərazilərdə hasil edilmiş qızıldan hazırlanıb.