Bakıda və Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, fevralın 1-də saat 19 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Rəşad Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Natiq Hacıyevi vurmuş və nəticədə piyada hadisə yerində ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Fevralın 1-də saat 22 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qəsəbə sakini Ramin Cavadov idarə etdiyi “VAZ-21012” markalı avtomobillə yolu keçən şəhər sakini Pərviz Musazadəni vurmuş və nəticədə piyada hadisə yerində ölüb. Sürücüyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.