Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Necati Şaşmaz 7 illik xanımı Nagehan Şaşmazdan ayrılır. Ayrılığın səbəbi isə xəyanətə görə olduğu iddia edilir. 

Unikal.org xəbər verir ki, Negahan Şaşmazın məhkəmədə ifadəsi ortaya çıxıb və iddia edib ki, Necati Şaşmaz illərdir onu təzyiq altında saxlayır. 

Negahan Şaşmaz, İstanbul Anadolu Ailə Məhkəməsinə vəkilləri Deniz Ketenci və Özge Tokgöz vasitəsilə təqdim etdiyi ərizədə təəccüblü iddialarla çıxış edib. 

2 uşaq anası, ərizəsində evliliklərinin 'pəri nağılı' olaraq başladığını, ancaq zaman keçdikcə Necati Şaşmazın Türk cəmiyyətinin həssaslıqları, ümumi əxlaqa zidd davranışları, pis vərdişləri, asılılıqları, xəyanəti və tətbiq etdiyi fiziki, cinsi şiddət ilə kabusa döndüyünü qeyd edib. 

İkinci oğlunun doğumundan sonra, yoldaşının dözülməz davranışları və uşaqlarının gələcəyi üçün boşanmaqları barədə qərar verdiklərini açıqlayan Nagehan Şaşmaz, ərizəsində evliliyi boyunca hər zaman həyat yoldaşının yanında olduğunu deyib. Hamiləlik dövründə Necati Şaşmazdan diqqət görmədiyini, ad günündə bir dəfə belə yeməyə və çölə çıxarmadığını iddia edən gənc qadın, həyat yoldaşının evdə olduğu günlərdə belə otağına qapandığını, hətta öz yanına buraxmadığını bildirib.

Nagehan Şaşmaz həmçinin əlavə edib ki, ana olduqdan sonra yaşadığı evdə  qayınana və qayınatası tərəfindən daim nəzarət altına olub. O, həmçinin bildirib ki, iki övladına görə də əri və onun ailəsi tərəfindən daima təzyiqlərə məruz qalıb. 

Qadın həmçinin vurğulayıb ki, Necati Şaşmaz özünü dostları, yaxınları arasında 'Mehdi'  elan edib.

Nagehan Şaşmaz həmçinin bildirib ki, Yıldız Texniki Universitetinin tələbəsi olmasına baxmayaraq əri tərəfindən təhsilini davam etdirilməsinə icazə verilməyib:
“Mənə deyir ki, akademik maaşı ilə yaşayacaqsan? Səndən bir p.x olmaz". 

Nagehan Şaşmaz, ikinci uşağını dünyaya gətirdikdən sonra əri tərəfindən xəyanətə məruz qaldığını da iddia edib: “Necati Şaşmaz dəyişkən bir ruh halındadır. Mənə "Səninlə Polad Ələmdar kimi davranacağam" deyərək, təhdid edirdi”.

Xatırladaq ki, xəyanətə görə, aktyor keçmiş xanımından 10 milyon TL dəyərində təzminat tələb edir. Bu barədə Necati Şaşmazın vəkili məlumat yayıb. O, Anadolu Ailə Məhkəməsinə təqdim etdiyi sənədlərdə ailənin Nagehan Şaşmazın qüsurlu davranışına görə dağıldığını qeyd edib, valideynlik hüququnun ataya verilməsini tələb edib.