Şəki şəhərində "Mercedes" markalı minik avtomobili yanıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, Şəki şəhərində "Mercedes" markalı minik avtomobilinin idarəetmə lövhəsində elektrik avadanlıqları qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.