Prezident İlham Əliyev Şri-Lanka prezidenti Maytripala Sirisenaya təbrik məktubu ünvanlayıb.

Unikal.org-un məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və firavanlıq arzulayıram”.