"Yeşilçam"ın aktyoru Aytaç Arman xəstəxanaya yerləşdirilib.

Unikal.org xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə Onur Akay məlumat verib:

"Bu gün pis bir xəbər eşitdim. Məşhur aktyor Aytaç Arman xəstəxanaya yerləşdirilib. O, xərçəngə tutulduğu üçün müalicə alırdı. Lakin xəstəliyini hər kəsdən gizləyirdi. Hazırda vəziyyəti ağırdır. Dualarınızı əsirgəməyin".