Bakının Xətai rayonunda, Əhmədli metrosunun çıxışında 46 saylı marşrutda partlayış olub.

Unikal.org qafqazinfo-ya  istinadən xəbər verir ki, partlayışdan sonra yanğın baş verib. Yaxınlıqdakı “Bakı Bus” marşrutlarının sürücülərinin müdaxiləsindən sonra yanğın söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə təcili yardım maşınları və yanğınsöndürən cəlb olunub.