Qubada yanğın qeydə alınıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, Quba rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli beşotaqlı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 90 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.