Qızını öldürən ata məhkəmə zalında həbs edilib.

Unikal.org-un  türk mətbuatına istinadən məlumatına görə, Türkiyənin Adana şəhərində 18 yaşlı qızını öldürən ata istintaq işləri başa çatdıqdan sonra məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarıyla qatil ata həbs edilərək qapalı həbsxanaya göndərilib.

Qeyd edək hadisə bir neçə gün öncə gecə saatlarında baş verib. Belə ki, ata qızını yatdığı yerdə tüfənglə güllələyərək öldürüb. O,qızını öldürdükdən sonra intihar etmək məqsədiylə dərman içib və qardaşına zəng vuraraq hadisəni nəql edib.

Özünü hadisə yerinə çatdıran şəxs polisə xəbər verib və qatil ata saxlanılıb.

Qızını öldürən ata məhkəmədə ifadəsində günahını etiraf edib və qızının kişilərlə gəzməsindən narahat oldğunu deyərək belə bir addım atdığını bildirib.