İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə bu gün saat 11:10 radələrində İmişli-Şahverdili yolunda qeydə alınıb.

İmişli şəhər Depo küçəsində yaşayan, 1982-ci il təvəllüdlü Əliyev Elvin Əyub oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən, anidən qıc olduğunu gördükdə özünü itirərək yerə atılıb, maşın isə yolun kənarına aşıb. Sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.