Bu gün Azərbaycan Premyer Liqasında XV turun mərkəzi oyunu keçirilir. 

Unikal.org xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" klubu "Neftçi"ni qəbul edir.

Oyunun ilk dəqiqələri meydan sahibi oyuna fəal başlayaraq 6-cı dəqiqədə D.Kintananın qolu ilə hesabı aça bilib - 1:0.

Birinci hissənin 30-cu dəqiqəsində M.Mbodj hesabl bərabərləşdirməyə nail olub - 1:1. Beləliklə, ilk hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyunun 71-ci dəqiqəsində qonaqların oyunçusu A.Krivotsyuk "qırmızı" vərəqə (ikinci "sarı" vərəqə)alaraq komandasını azlıqda qoyub. Matçın 90+2-ci dəqiqəsində meydan sahibinin oyunçusu Q.Qarayev də "qırmızı" vərəqə (ikinci "sarı" vərəqə) alaraq meydanda qovulub.

İkinci hissədə qapılara qol vurulmayıb və oyun 1:1 hesabı ilə başa çatıb.