Türkiyənin Bursa şəhərində yaşayan sakin etdiyi hərəkəti ilə hər kəsi duyğulandırıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, əsl peşəsi dərzi olan Fatma Şeren adlı qadın doğuşdan gözləri, ayağı olmayan sahibsiz itlərə qulluq edir. Qadın həyətində onlara xüsusi yer ayırıb. Həmin yerdə hazırda 85 sahibsiz it yaşayır.