İsrailin Hayfa şəhərində fəaliyyət göstərən “Domino's Pizza” restoranında tükürpədən vəziyyət qeydə alınıb.

Unikal.org xəbər verir ki, Gil Yehuda adlı bir şəhər sakini restoranın mətbəxində pizzanın bişirilməsində istifadə edilən məhsulların üzərində 4 siçanın gəzdiyinə dair video çəkib.

O, hadisəyə yoldan keçərkən şahid olub. Restoranın pəncərəsindən heyrətlə gördüklərinə baxan Yehuda video çəkərək mətbuata verib.

“Domino's Pizza” olaya görə ictimaiyyətdən üzr istəyib və restoran bağladılıb.