“Donuz qripi” daha 11 nəfərin həyatına son qoyub.

Unikal.org xəbər verir ki, Mərakeşdə də “donuz qripi” kimi tanınan H1N1 virusuna yoluxanların sayı artıb.

Mərakeş Səhiyyə Nazirliyinin məlumatına görə, ölənlər arasında hamilə qadın və yaşlı insanlar üstünlük təşkil edir.

Virusa yoluxan 15 nəfər tam sağalıb. 32 xəstə isə müalicəsini davam etdirir.