İkiqat paralimpiya, 2 qat dünya və  6 dəfə Avropa çempionu, qazi İlham Zəkiyev nəzarətində olan facebook səhifəsində hərkəsi kövrəldən foto paylaşılıb. 

Unikal.org xəbər verir ki, Qarabağ  qazisinin yaralandığı gün xəstəxanadan çəkilmiş fotosu paylaşılıb. Əfsavəvi cüdoçunun dilindən fotoya belə açıqlama verilib: 
“04.02.1999. Yaralandığım gün. Lakin Allaha şükürlər olsun, mən sağ qaldım, və biz qayıdacağıq!”

Qeyd edək ki, Qeyd edək ki, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən İlham Zəkiyev həm də 2 qat dünya, 7 qat Avropa çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibidir.

Xatırladaq ki, 1999-cu ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gəlib. 15 gün komada qalan idmançı ayılandan sonra görmə qabiliyyətini tamamilə itirib.