Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 31 yaşlı Orxan Əliyev saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 5 ədəd patron olan “Makarov” tipli tapança, əlindəki sellofan torbada isə 1 kiloqram 211 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 411 qram şəkidə narkotik vasitə hesab edilən tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.