Azərbaycan paralimpiya hərəkatının tarixində ilk dəfə olaraq paralimpiyaçılarımız qış idman növü üzrə beynəlxalq yarışa qatılıblar.
Milli Paralimpiya Komitəsindən Unikal.org-a verilən məlumata görə, idmançılarımız ilk dəfə qatıldıqları yarışda qızıl medal qazanıblar. Dağ xizəyi üzrə İranda keçirilən Asiya çempionatında iştirak edən idmançımız Gülnar Rəhimova dağ xizəyi üzrə yarışlarda iştirak edib. İdmançımız çempionatın ilk günündə “Giant Slalom” yarışlarında ən yaxşı nəticəni göstərərək 1-ci yerə layiq görülüb. Çempionatın ikinci günündə isə Gülnar Rəhimova “Slalom” üzrə yarışlarda ən yaxşı nəticəni göstərib. Hər iki yarışın nəticəsinə görə, Gülnar Rəhimova iki qızıl medala layiq görülüb. 

Bu gün keçirilən mükafatlandırma mərasimində idmançımıza qızıl medal təqdim olunub.