Məşhur model Tuğba Özay İnstaqram hesabında paylaşdığı fotosu ilə izləyicilərinə sürpriz edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tuğba səhifəsində keçəl olduğu şəkli yerləşdirib. Modeli bu tərzdə görən izləyicilər təəccüblənlərini gizlədə bilməyiblər.

Sosial şəbəkə istifadəçilərin narahatlığını görən Özay saçının əslində keçəl qırxdırmadığını, sadəcə makiyajla bu formaya saldığını açıqlayıb. O, bunu klip çəkilişi üçün etdiyini vurğulayıb.