"Formula 1" yarışı Azərbaycanda 2023-cü ilə qədər keçiriləcək. 

Unikal.org xəbər verir ki, yeni razılaşma ilə bağlı Bakı Şəhər Halqası ilə "Formula 1" arasında müqavilə bağlanacaq.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bundan əvvəlki müqavilədə yarışların 2020-ci ilədək nəzərdə tutulub.

Qeyd edək ki, "Formula 1" açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. Bu il Bakıda 4-cü dəfə keçiriləcək "Formula 1" yarışlarına aprelin 26-dan start veriləcək.