Türkiyənin futbol üzrə milli komandasının keçmiş üzvü Emre Aşıkın həyat yoldaşı Yağmur Aşık onu FETÖ-çu adlandırdığı üçün peşman olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis bölməsində həəyat yoldaşına  FETÖ-çu  diyə səslənən Yağmur Aşık peşimançılığını belə dilə gətirib:

 "Emre vətəninə, bayrağına bağlıdır. FETÖ ilə əlaqəsi də yoxdur. Onu əsəbləşdirmək üçün dedim, məyusam.  O gün həyat yoldaşım ilə mübahisə etmişdik. Əsəbi şəkildə çox söz demişəm. Bölmədə polis məmurları məndən ifadə verməyimi istədilər. Ancaq mən imtina etdim, bu barədə ifadə vermək istəmədiyimi dedim. Daha sonra biz polis bölməsindən çıxıb getdik. 

Amma dediklərimi yozaraq ailəmə zərər vermək istədilər. Həyat yoldaşıma görə çox məyusam. 

Emrenin FETÖ ilə heç bir əlaqəsi olmadığını bildiyim halda ona problem yaratdım. Yoldaşıma və uşaqlarıma etdiyim üçün peşmanam”.

Qeyd edək ki, keçmiş futbolçu Emre Aşık 3 iyun2012-ci ildə evləndiyi Yağmur Aşıkla boşanmaq üçün məhkəməyə baş vurmuşdu.  Cütlük  bir müddət əvvəl qarşılıqlı razılaşma əsasında boşanmaya qərar vermişdi. Razılaşmaya əsasən bir-birindən maddi və manəvi təzminat istəməmişdilər. Amma bir müddət sonra Yağmur Aşık anlaşmalı şəkildə boşanmaqdan imtina edib.

Buna görə, cütlük oteldə mübahisə etməyə başladı. Mübahisə zamanı Y.Aşık həyat yoldaşını əsəbləşdirmək üçün FETÖ-çu adlandırmışdı. Bu hadisə mətbuatın gündəminə “Həyat yoldaşını polisə xəbərlərdi” başlığı ilə düşməyə başlamışdı.