“Doğum günümü adi qaydada keçirirəm. Səhər yeni açılıb. Təbrik edənlər artıq var. Azərbaycandan təbrik edənlər daha çoxdur. Hər kəsə diqqətinə görə təşəkkür edirəm”.

Unikal.org xəbər verir ki, bunu Modern.az-a açıqlamasında tanınmış kinorejissor Rüstəm İbrahimbəyov 80 illik yubileyi ilə bağlı danışarkən deyib.

O, Bakı üçün darıxdığını da dilə gətirib: “Bakı üçün çox darıxıram. Bəlkə bu yaxınlarda Azərbaycana gəldim”.

Tanınmış kinorejissor yaradıcılığından da söz açıb: “Bu gün teatrda təzə pyesimin premyerası baş tutacaq. Ümumilikdə tamaşalarıma Rusiyada yaşayan azərbaycanlılar daha çox gəlir”. 

Qeyd edək ki, bu gün kinorejissor Rüstəm İbrahimbəyovun 80 yaşı tamam olur. O, 1939-cu ilin bu günündə Bakıda doğulub.