Bu il Hindistanda H1N1 (“donuz qripi”) virusuna yoluxan 226 nəfər dünyasını dəyişib.

Unikal.org xarici istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi 6 mindən artıq sakinin virusa yoluxduğunu bildirib.

“Donuz qripi”nin ən ciddi fəsadları Racəsthan ştatında qeydə alınıb. Belə ki, burada 2263 nəfər yoluxandan 85 nəfəri ölüb. Paytaxt Dehli və ətrafında 1011 nəfər virusa yoluxub və bunlardan 14 nəfər xəstəliyin qurbanı olub.