Ukraynanın Donetsk-Zaporojye magistralında baş verən yol qəzası nəticəsində 6 nəfər həlak olub. 

Unikal.org xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, “Daewoo Lanos” və “Chevrolet Lacetti” markalı avtomobillərin toqquşması nəticəsində hadisə yerində beş nəfər ölüb. Daha üç nəfər ağır xəsarət alıb. Yaralılardan biri sonradan xəstəxanada keçinib.

Zərbənin gücündən “Chevrolet Lacetti” markalı avtomobil alışıb.

Xatırladaq ki, rəsmi statistikaya görə, 2018-ci ildə Ukraynada gündə orta hesabla 9-10 nəfər yol qəzasında həlak olub. Ötən il 3350 nəfər yol qəzalarının qurbanı olub.