Zəngin və məşhur kişilərin yanında özlərindən yaşca çox kiçik, model xanımlar görməyə alışmışıq. Lakin bəziləri zahiri deyil, daxili gözəlliyə fikir verib, ürəklərinə qulaq asaraq bəyəndikləri qadınlarla birlikdə olmağa üstünlük verirlər.

Unikal.org xarici mediaya istinadən özlərindən yaşca böyük xanımlarla evli olan tanınmışları təqdim edir:

Aktyor Haq Cekman və xanımı Debora Li Förnes – 23 ildir birlikdə olan cütlük arasında 13 yaş fərq var. Bəzən Deboranı Haqın anası zənn edənlər də olub. 

 

Coş Hollovey və Yessika Kumal – 15 ildir indoneziyalı xanımla evli olan aktyorun ondan bir qız və bir oğlu var.

Piers Brosnan və Kili Şay Smit – 18 ildir birlikdə olan cütlüyü çoxları lağa qoysa da, lakin onlar xoşbəxt olduqlarını hər zaman nümayiş etdirirlər. 

Mark Zukerberq və Prissilla Çan – 7 ildir evli olan cütlüyün iki övladı var.