5 Fevral 2018-ci il tarixində, 23:31 radələrində Bakı şəhərinin bəzi ərazilərində yeraltı təkanlar qeydə alınıb.

Unikal.org bildirir ki, ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov report-a bildirib ki, paytaxtın müxtəlif istiqamətlərində titrəyişlər hiss edilib.

"Bununla bağlı mütəxəssislərimiz tərəfindən AMEA ilə birgə araşdırma aparılıb və ilkin məlumata görə, episentri Pirqulu ərazisindən 11 km Cənub-Qərbdə olan yeraltı təkanlar İsmayıllı rayonunda və ətraf ərazilərdə daha çox hiss edilib. Dağıntılar haqqında məlumat daxil olmayıb", - deyə o bildirib.