Azərbaycanın Ağsu rayonunda növbəti yeraltı təkanlar qeydə alınıb.

Unikal.org Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:37-də Pirqulu stansiyasından 8 km qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 

Yeraltı təkanlar 11 km dərinlikdə 3,4 maqnituda gücündə qeydə alınıb. 

Qeyd edək ki, daha əvvəl Ağsuda 4,4, İsmayıllıda isə 6 bal gücündə zəlzələ baş verib.