“Beşiktaş”ın sabiq futbolçusu Con Karyu, maraqlı açıqlama verib.

Unikal.org xəbər verir ki, Norveç mətbuatına danışan sabiq hücumçu, karyerası ərzində çoxlu gey futbolçu cütlüklərini gördüyünü deyib:

“Futbolçu karyeramda gey futbolçu cütlüklərini gördüm. Ancaq bu haqda danışmırdılar. Əslində, bunu açıq deməmələri utancvericidir. Sevgilərini içlərində saxlamaq məcburiyyətində qalırdılar.”

Karyerası ərzində “Valensiya”, “Roma”, “Lion”, “Aston Villa” kimi klublarda çıxış edən norveçli, 2004/05 mövsümündə “Beşiktaş”ın şərəfini qoruyub.