“Real”ın baş məşqçisi Santyaqo Solari, “dünyanın ən yaxşı futbolçusu Kriştiano Ronaldodur, yoxsa Lionel Messi” sualını cavablandırıb.

Unikal.org İspaniya mətbuatına istinadən xəbər verir ki, Solari, Messinin başqa idman növüylə məşğul olduğunu deyib:

“Dünyanın ən yaxşı futbolçusu Ronaldodur. Çünki Messi başqa idman növüylə məşğuldur.

“Barselona”yla matçda Messinin meydanda olmasını istəyirəm. Futbolda ən yaxşı futbolçuların meydanda olması çox gözəldir”.

“Real” İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyununda, bu gün səfərdə “Barselona”yla qarşılaşacaq. Görüş saat 00:00-da start götürəcək.