İspanya Bilbao şəhəri yaxınlıqındakı Subella Plajında baş verən hadisə hər kəsi qorxuya salıb. 17 metrlik yaralı balina fırtınanın təsiri ilə sahilə vurub.

Unikal.org xarici mətbuata istinadən xəbər veirr ki, balinanı gören vətəndaşlar qorxuya düşüb oradan qaçmağa başlayıb. 

Oradakı vətəndaşlar xilasedicilərə və lazımı qurumlara bu barədə xəbər veriblər. Sahilə gələn  xilasedicilər balinanın həyatını xilas etmək üçün əllərindən gələni edilər. Bütün bunara rəğmən balina sağ qalamyıb.  Sahildə bulduzerlə böyük bir quyu qazılaraq balinanı basdırıblar.