Evinin vanna otağında yıxılaraq başından zədə alan və aylardı reanimasiyadan ayılmayan Mehmet Ali Erbilin səhhəti getdikcə yaxşılaşır. 

Unikal.org xəbər verir ki, yaddaşı yerinə gəlib, danışmağa başlayan şoumenin ad günü olacaq. 

Ötən gün lahmacun istəyən Erbil 61 yaşını xəstəxanada qeyd edəcək. Mehmet Ali üçün xəstəxanada ad günü partisi təşkil olunacaq. Qeyd etməyə şoumenin keçmiş arvadları Nergis Kumbasar, Tuğba Coşkun, Muhsine Kamiloğlu, uşaqları Sezin, Yasmin və Ali Sadi qatılacaqlar. Ailədən başqa heç kim otağa girə bilməyəcək. 

Qeyd edək ki, reanimasiyada olduğu müddətdə Erbil 15 kiloqram arıqlayıb.