Müştərilərin məmnuniyyətini daima düşünən Rabitəbank-dan daha bir imkan!

Unikal.org xəbər verir ki, daima müştərilərin məmnuniyyəti üçün çalışan Rabitəbank bu dəfə də kredit şərtlərini sadələşdirdi. Artıq nağd pul kreditini heç bir zamin olmadan 5000 AZN-ə qədər, əmək haqqı və iş yerindən asılı olaraq isə bu məbləğ 10 000 AZN-ə qədər əldə edə bilərsiniz.

Qeyd edək ki, nağd pul kreditinin maksimal məbləği 15 000 AZN təşkil edir.

Şəxsiyyət vəsiqəniz və iş yerindən arayış sənədinizlə Rabitəbank-ın istənilən filialına yaxınlaşaraq nağd pul kreditini, 22% ilə 3-36 ay, dövlət qulluğunda çalışırsınızsa, 50 aya dək 1% rəsmiləşdirmə komissiyası ilə əldə edə bilərsiniz. Həmçinin transfer krediti əldə etmək istəyən müştərilərimiz 19% ilə, 0% komissiya ilə nağd pul kreditinə sahib ola bilər.

İşinizi asanlaşdırmaq üçün kreditinizi bankımıza yaxınlaşmadan ölkədə ilk dəfə tətbiq olunan bot vasitəsi ilə - Rabitəbot-dan istifadə edərək, telegram və yaxud facebook messenger vasitəsi ilə də ödəyə bilərsiniz.

Ölkənin ilk müstəqil banklarından olan Rabitəbank-ın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə və ya www.133.az saytına daxil olmanız kifayətdir.