FİFA milli komandaların 2019-cu il üçün ilk reytinq siyahısını açıqlayıb.

Unikal.org xəbər verir ki, reytinq sıralamasında Azərbaycan millisinin mövqeyində dəyişiklik baş verməyib. Yığma komanda yenə 1206 xalla 107-ci pillədə qalıb. 

Azərbaycan millisi ötən ilin dekabrında açıqlanan yekun siyahıdan bəri heç bir oyun keçirməyib.

Qurban Qurbanovun göndərilməsindən sonra hazırda Azərbaycan yığmasının baş məşqçi postu boşdur.