Səməd Seyidov işçilərin "qurban "verir
Səməd Seyidov işçilərin "qurban "verir

Rektor deputat cətin durumda, onun həmləsi artıq daralmaqdadır

Hesablama Palatasının növbəti hədəfi Azərbaycan Dillər Universiteti oldu. Palatannı apardığı yoxlamalar nəticəsində məlum oldu ki, universitetdə ciddi yeyintilər olub və buna görə iş respublika prokururluğana göndərilib. "Unikal"a daxil olan məlumata görə universitetdə baş verən yeyinti kifayət qədər ciddi yeyintidir və bu bir neçə orta səviyyəli məmurun işi ola bilməz.

Çünki bu yeyintinin həyata keçirtmək üçün ən azından büdcədən vəsaitin çıxarılması haqqında sərancam olmalı və sərancamı imzalayan şəxsin bundan xəbəri olmalı, onun xərclənməsinə nəzarət edən şöbələrin məlumatı olmalıdır. Yəni bu vəsaitin xərclənməsi bir neçə şəxsin arasında həll olunası məsələ deyil. Belə olan halda güman edilirdi ki, universitetin rektoru,millət vəkili Səməd Seyidov, iqtisadi məsələlər üzrə prorektor, təmir-tikinti işlərinə cavabdeh şəxslər də nəzarətə götürülməlidir. Çünki bu iş fərdi şəkildə həll olunası məsələ deyildi. Amma deyəsən universitet rektoru Səməd Seyidov daha cəld tərpənərək əks həmləyə keçdi. Belə ki, respublika prokurorluğu işin icrasına başlayan kimi Səməd Seyidov əks həmlə edərək müraciətlə çıxış etdi. Belə ki, ADU ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən bildirilib ki, 2012-ci ilin may ayında universitetin təşəbbüsü ilə Azərbaycan Respublikasının Hesablama Palatasına universitetdə müvafiq yoxlamaların aparılması üçün müraciət olunub və müvafiq rəsmi məktub göndərilib.
Məktub əsasında Hesablama Palatası ADU-nun müvafiq qurumlarında yoxlamalar aparlb və bu zaman öz işini işgüzarcasına həyata keçirib. Hesablama Palatasının göndərdiyi təftiş qrupu ADU-ya ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə mövcud vəziyyəti araşdırıb, universitetin maliyyə işlərində nöqsanlar, çatışmazlıqlar, mənimsəmə və pozuntu hallarının olduğunu müəyyən edib. Təftişin nəticələri haqqında hesabat ADU-nun rektoruna təqdim olunub.
Rektor hesabatla tanış olduqdan sonra öz izahatında göstərilən nöqsanların və pozuntuların üzə çıxarılmasını vacib hesab edərək daha ciddi araşdırmaların aparılmasını məqsədəuyğun hesab edib. Bu məqsədlə müvafiq materiallar Azərbaycan Respublikası Prokurorluğuna göndərilib: "Biz inanırıq ki, yol verilmiş nöqsan və pozuntulara görə cavabdeh şəxslər aşkar olunacaq, bununla bağlı lazımi tədbirlər görüləcək və məsələlərə aydınlıq gətiriləcək".Beləliklə aydın olur ki, az qala Səməd Seyidov prosesdə ziyançəkən tərəf kimi çıxış edir. Amma yenə sual olunur,büdcədən vəsaitin xərclənməsi üçün sərancamı kim verir və rektor olaraq buna nəzarət etmək imkanları yoxdumu? Digər tərəfdən bundan öncə də universitetdə belə bir hadisə olmuşdu və mühasib güdaza verilmişdi. Amma maraqlıdır ki, bir neçə ildən sonra məsuliyyəti üzərinə götürən mühasib hansısa səbəbdən azadlığa buraxıldı. Müşahidəçilər bildirir ki, yenə də eyni ssenari təkrarlanır. Çünki verilən açıqlama universitet rəhbərliyini faktiki olaraq məsuliyyətdən kənar saxlayır. Amma belə bir ehtimal da səsləndirilir ki, Hesablama Palatasının apardığı araşdırmalar nəticəsində məlum olub ki, vəsait mənimsəmələri kifayət qədər ciddidir və bunu hansısa ikinci və üçüncü səviyyəli şəxs özbaşına edə bilməz. Bu isə o deməkdir ki, rektor proseslərdən kənarda qalmağa çalışsada, ən azı prorektor səviyyəsində məsuliyyətə cəlb olunmalar qaçılmaz olacaq. Çünki rektor özünü təmizə çıxartsada, onların təmizə çıxarılması mümkünsüz olacaq.Mövzuya qayıdacağıq.
İlkin Rzazadə