"Türkiyə Rusiyadan “S-400” raket sistemlərini alsa, “Patriot” raketlərini əldə etmək şansını itirmiş olacaq".

Unikal.org NTV kanalına istinadən xəbər verir ki, bunu ABŞ hökumətinin adı çəkilməyən yüksək vəzifəli nümayəndəsi Vaşinqtonda Türkiyə nümayəndə heyəti ilə aparılan danışıqların səmərəli keçdiyini qeyd edərkən bildirib.

“Türkiyə “S-400”ləri alsa, “Patriot”larla bağlı proses başa çatmış olacaq”, - deyə ABŞ rəsmisi vurğulayıb.

Xatırladaq ki, Vaşinqtonda Türkiyə-ABŞ işçi qrupu çərçivəsində Tükiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Suriyadakı vəziyyət, terrorizmlə mübarizə, müdafiə və siyasi əlaqələrə həsr olunan danışıqlar keçirilib. (virtualaz.org)