Cənubi Afrikanın paytaxtı Keyptaundakı məktəblərin birində baş verən hadisə ölkədə sərt reaksiyaya səbəb olub. Hadisə “Sans Souci” qız məktəbində olub. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, şagirdin telefondan istifadə etdiyini görən müəllim ona  bunun qadağan olduğunu deyib və xəbərdarlıq edib.

Daha sonra müəllim həmin şagirdin onu söydüyünü  eşidib və  yaxınlaşaraq sinfi tərk etməsini tələb edib. Qız sinifdən çıxmağı rədd edib. Əsəblərinə hakim ola bilməyən müəllim isə şagirdi döyüb.

Hadisə sinfdəki başqa bir şagird tərəfindən telefonun kamerasıilə lentə alınıb.  Ölkənin təhsil Nazirliyi bunun bağlı araşdırmaya başlayıb. 
Nazirlikdən bildirilib ki, hər iki tərəf məhkəməyə müraciət edib və şikayətçi olub.