Aparıcı Könül Muxtarova yenidən avtomobili ilə qəzaya düşüb.

Unikal.org Primetime.az-a istinadən xəbər verir ki, o, idarə etdiyi 90 KM 404 nömrəli “Nissan Micro” markalı avtomobili öncə yanında olan maşına, daha sonra isə işıq dirəyinə çırpıb. Maşının qabaq hissəsi yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, K.Mutarova ötən ilin avqust ayında da avtomobil qəzasına düşmüşdü. Hadisə zamanı aparıcı boynundan və bədəninin müxtəlif hissələrindən zədə almışdı.