Bakıda gənc oğlan itkin düşüb.

Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 32, mənzil 67-də yaşayan 22 yaşlı Abbasov Fikrət Hikmət oğlu fevralın 5-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı polisə məlumat daxil olandan sonra araşdırmalara başlanıb.