Kürdəmir rayonunda yol qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbır verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Ucarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Hyundai" markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində rayon sakinləri - 1988-ci il təvəllüdlü Vasif Arif oğlu Səmədov və 1994-cü il təvəllüdlü Nicat Şəriət oğlu Cəbiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.