Ağcabədi rayonunda tam orta məktəbdə kitabxananın yanar konstruksiyaları, taxta arakəsmə divarı 15 m² sahədə və 1 otağın qapısı yanıb.

 FHN-dən Unikal.org-a verilən məlumata görə, otağın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.