Cəlilabad rayonunun Üçtəpə kəndində döyülmə hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, həmin kənddən olan 1983-cü il təvəllüdlü Abbasov Sakit Əlisalam oğlu və onun qardaşı 1985-ci il təvəllüdlü Abbasov Xalid Əlisalam oğlu mübahisə zəminində bir neçə şəxs tərəfindən döyülüb.

Yaralılara xəstəxanada müvafiq tibbi yardım göstərilib. İlkin məlumata görə, qardaşları tanıdıqları şəxslər döyüb.

Faktla bağlı araşdırma aparılır.