Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yanğın olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 600 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin (əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan) yanar konstruksiyaları 300 m² sahədə yanıb. 

Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.