Bakıda “Mercedes” yanıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nəsimi rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.