Tərtər rayon polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mənzildən və qəbirstanlıqdan oğurluq edən rayon sakinləri tutulub.

Unikal.org xəbər verir ki, rayon sakini Nəcəf İbrahimov polis şöbəsinə müraciət edərək, evindən oğurluq edilməsi barədə məlumat verib.

Hadisə əlaqədar Tərtər RPŞ-də əməliyyat qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Elnur Qurbanov saxlanılıb.

Bundan başqa, Tərtər RPŞ-in əməkdaşları tərəfindən daha bir əməliyyat tədbiri keçirilib. Belə ki, Sarov kəndindəki qəbiristanlıqdan alüminiumdan düzəldilmiş bəzək əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini Kamandar Süleymanlı saxlanılıb.

Şübhəli şəxslər dindirilmə zamanı törətdikləri oğurluq əməllərini etiraf ediblər. Hər iki faktla bağla araşdırmalar davam etdirilir.(report)