21 Aprel 2019
20 Aprel 2019
Sumqayıtda idmançılar arasında kütləvi dava: 4 nəfər bıçaqlandı(YENİLƏNİB)
Sumqayıtda idmançılar arasında kütləvi dava:4 nəfər bıçaqlandı(YENİLƏNİB) KRİMİNAL 21:04 2019-02-10

Yaralıların vəziyyəti açıqlanıb.

Unikal.org xəbər verir ki, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıqov AzərTAc-a bildirib ki, yaralanan dörd nəfər - 1988-ci il təvəllüdlü Həsənov Anar Əli oğlu, 1991-ci il təvəllüdlü Salamov Eldar İxtiyar oğlu, 1996-cı il təvəllüdlü Ələsgərov Emin İlqar oğlu və 1995-ci il təvəllüdlü Kərimli Eltiram İnqilab oğlu dərhal əməliyyat olunublar. Hazırda onların vəziyyəti sabitdir, həyatlarına təhlükə yoxdur. 

19:41

xxx

Sumqayıt şəhərində kütləvi davada 4 nəfər bıçaqlanıb.

Unikal.org  report-a  istinadən xəbər verir ki, hadisə şəhərin 41-ci məhəlləsində idmançı gənclər arasında mübahisə zəminində baş verib. 

Sonradan əlbəyaxa dava zamanı 4 nəfər bıçaqlanıb. Onlardan üç nəfəri - 1988-ci il təvəllüdlü Həsənov Anar Əli oğlu, 1991-ci il təvəllüdlü Salamov Eldar İxtiyar oğlu və Ələsgərov Eminin vəziyyəti ağır oduğundan dərhal əməliyyat olunub. 

Kütləvi dava zamanı onlarla gənc müxtəlif bədən xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə müraciət edib. 

Şahidlərin sözlərinə görə, kütləvi davada 30-a yaxın gənc iştirak edib. Davanın qız üstündə olduğu bildirilir. 

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.