Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Rusiyanın dövlət başçısı Vladimir Putinin dəvəti ilə Soçi şəhərində işgüzar səfərdə olub. 

Unikal.org xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Vladimir Putinin Sooronbay Jeenbekovla görüşündə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb. Həmçinin bu ilin martında Vladimir Putinin Qırğızıstana nəzərdə tutulan səfəri zamanı müzakirə ediləcək məsələlər diqqətdən keçirilib.

Vladimir Putin bildirib ki, səfər müddətində Qırğızıstanla iqtisadi sahədə əlaqələrin daha da inkişafı, gömrük məkanının möhkəmləndirilməsi, miqrasiya siyasəti və digər məsələlərlə bağlı danışıqlar aparılacaq.

Sooronbay Jeenbekov də öz növbəsində Rusiya ilə tarixi dostluq əlaqələrinə yüksək qiymət verdiklərini bilirəm və vurğulayıb ki, bu səfər Qırğızıstan ilə Rusiya arasında əlaqələrin inkişafına daha da təkan verəcək.