Qazaxıstan Müdafiə Nazirliyi sülhməramlı hərbçilərin sayını artırır. 

Unikal.org xəbər verir ki, bu məqsədlə “İliyski” poliqonunda gənc hərbçilərə təlimlər keçirilir.

Məlumata görə, Qazaxıstan 2018-ci ildə ilk dəfə BMT-nin sülh və təhlükəsizliyin qorunması missiyasına qatılmaq üçün Livana 120 sülhməramlı qüvvə göndərib. Ölkə konstitusiyasına əsasən, hərbçilər problemli bölgələrə yalnız parlamentin icazəsi ilə göndərilə bilərlər.