Futbol üzrə İngiltərə Premyer Liqasının 26-cı turunda "Mançester Siti" "Çelsi"ni 6:0 hesabı ilə darmadağın edib.

Unikal.org xəbər verir ki, görüş Mançester şəhərinin "Ehtihad" stadionunda baş tutub.

"Mançester Siti" bu qələbə sayəsində xallarının sayını 65 çatdıraraq, Premyer-Liqanın turnir cədvəlində liderliyə yüksəlib. "Çelsi" 50 xal ilə 6-cı pilləyə enib.