Qardaş Azərbaycana sahib çıxmasaq, işğal edilmiş torpaqlarının azad edilməsi üçün çalışmasaq, kim sahib çıxacaq?

Unikal.org xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

"Hazırda Qüdsü Türkiyədən başqa müdafiə edən varmı? Milli və müqəddəs mübarizələrimizə sahib çıxmalıyıq. Biz Orta Asiyada türk birliyi ilə türk dünyasını birləşdirməsək, liderlik etməsək, kim sahib çıxacaq?!", - nazir bildirib.